“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının heyətində növbəti oyunlarını keçiriblər.
Sportner.az xəbər verir ki, adıçəkilən komanda Belarusla yoldaşlıq görüşündə üz-üzə gəlib.
Hər iki Marko meydana start heyətində çıxıb. Veşoviç 90 dəqiqəni əvəz edilmədən keçiribsə, Yankoviç 66-cı dəqiqədə əvəzlənib.
Monteneqro yığması birinci hissədə vurduğu 2 cavabsız qolla 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Monteneqro martın 25-də Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək.