
"Qarabağ"ın legioneri Patrik Andradenin formasını geyindiyi Kabo Verde millisi yoxlama oyunu keçirib.
Sportnet.az xəbər verir ki, yığma Ekvatorial Qvineya ilə qarşılaşıb. Matç Andradenin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 64-cü dəqiqədə Kabral vurub.
P.Andrade start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.