
Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, günün yeganə oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.
"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.
"Köhlən atlar"ın heyətində 14-cü dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək hesabı açıb. O, 29-cu dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
37-ci dəqiqədə Marko Yankoviç meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 86-cı dəqiqədə Nəriman Axundzadə adını tabloya yazdırıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cütün cavab qarşılaşması aprelin 24-də keçiriləcək.
-----------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
"Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.
"Köhlən atlar" ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, "Neftçi" isə axırıncı 3 oyunda qol vurmayıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.
Azərbaycan Kuboku
Yarımfinal mərhələsi
20:00 “Neftçi” – “Qarabağ” - 0:4
Qollar: Toral Bayramov, 14 (p). 29. Marko Yankoviç, 37. Nəriman Axundzadə, 86
Bakı. “Neftçi Arena”