
Ukraynanın "Dnepr" klubunu məğlub edən "Sevilya" İspaniyaya 9-cu UEFA Kuboku - Avropa Liqasını qazandırıb. Sportnet.az-ın məlumatına görə, ispaniyalılar bu göstərici ilə İtaliyanın rekordunu təkrarlayıb.
İspaniya klubları son 12 ildə 7 dəfə bu turnirin qalibi və 2 dəfə finalçısı olublar. Aktivində 4 qələbə olan "Sevilya" 3 dəfə qalib olmuş "Yuventus", "İnter" və "Liverpul"u üstələyib.
UEFA kubokunun 2003/04 mövsümündə "Valensiya", 2009/10 və 2011/12 illərdə isə "Atletiko" kuboku qazanıb.