
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Sportnet.az xəbər verir ki, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
Naxçıvan klubunda 3-cü dəqiqəsə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib. 32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.
Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i bir qolla üstələyib. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
-------------------------------------
Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. 74-cü dəqiqədə Otto Con fərqlənib.
Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı, 35 xala malik Gəncə təmsilçisi isə 8-ci pillədə başa vurub.
Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
Msport.az-ın məlumatına görə, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir.
Çempion "Qarabağ"ın isə 82 xalı var.
Azərbaycan Premyer Liqası
XXXVI tur
17:00. "Turan Tovuz” –“ Kəpəz” - 1:0
Qol: Otto Con, 74
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu
19:30. “Araz-Naxçıvan”– “Qarabağ” 2:2
Qollar: Elvis Maşike, 4, Abdulla Rzayev, 58 - Olavio Juninyo, 27, Vadim Abdullayev, 32 (avtoqol)
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.