"Rəqibə layiqli müqavimət göstərməyə çalışacağıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun "Qarabağ"la final matçından öncə bu gün keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Ajiotaj var. Bunu biletlərin satışından bilirik. Azarkeşlər maraq göstərir. İkinci dəfədir qarabağla qarşılaşırıq. Ötən dəfə penaltilər seriyasında qarabağ qazandı qarşımızdakı rəqib ciddidir. Avropa Liqasının 1/8 finalına çıxmıç komanda ilə oynayacağıq".
O, "Qarabağ"a qarşı oyunlarda pis çıxış etmədiklərini bildirib: "Final matçı ilə bağlı nəsə demək çətindir. "Qarabağ"la üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki, itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək".
R.Sadıqov bu mövsüm klub tarixinin ən yaxşı nəticəsini qazandıqlarını vurğulayıb: "Həm finala yüksəlməyimiz, həm də Premyer Liqada ikinci yeri tutmağımız "Zirə" üçün bəlkə də tarixin ən yaxşı göstəricisidir. Final görüşündə nə olacağını isə zaman göstərəcək".
Finalda nəsə demək çətindi. Qarabağla üç oyunda pis çıxış etməmişik. Düşünürəm ki itkilər o qədər də təsir etməyəcək. Hər kəs əlindən gələni edəcək.