"Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Lubeni Haukonqonu heyətinə qatıb. Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Keyp Taun Spörs” klubu olub.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.