1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Beşiktaş” Bakıdan kubokla getdi
"Şəfa" stadionunda yeniyetmə futbolçular arasında III beynəlxalq "IBA Cup" turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu ikinci dəfə turnirin qalibi olub.
Finalda "Beşiktaş" Almaniya "Ayntraxt"ı ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Bu zaman Türkiyə təmsilçisi daha dəqiq olub - 5:4.
Bürünc medala Serbiya "Partizan”ı yiyələnib. 3-cü yer uğrunda görüşdə "Partizan” İspaniya"Vilyarreal"ının qapısından 5 cavabsız top keçirib.
Təşkilatçı "İnter” klubu isə 6-cı yer uğrunda görüşdə Gürcüstanın "Dinamo" (Tiflis) komandasına penaltilər seriyasında uduzub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltiləri isə "Dinamo” daha dəqiq yerinə yetirib - 5:4. Bununla da "İnter" turniri 6-cı pillədə başa vurub.