1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövşən Hüseynli: "Ən yaxşı qapıçı seçilsəm..." - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynlinin Sportnet.az-a müsahibəsi
- Rusiya yığması ilə oyun haqda fikirlərini bildirərdin...
- Oyunun belə çətin keçəcəyini gözləyirdik. Rusiya güclü komandadır, oyun təcrübələri bizdən çox üstündür. Ancaq hesabın belə olacağını gözləmirdik. Hesab 3:1 olanda, meydanda 5 nəfər olanda buraxdığımız 4-cü top demək olar ki, oyunun dönüş nöqtəsi oldu.
- Yəni, əsas səhvləriniz nə oldu?
- Oyun təcrübəmiz azdır. Bir qədər, necə deyim, həyəcanlıyıqmı, yorğunluqdumu, bilmirəm nədir. Müdafiədə səhvlərimiz var və bunun üzərində çalışmaq lazımdır. İşləmək lazımdır ki, dünya çempionatının "pley-off" mərhələsində elə səhvlər etməyək.
- Bəlkə baş məşqçi 5-ci oyunçunu meydana tez buraxdı?
- Deməzdim ki, tez buraxdı. Çünki Rusiya güclü müdafiə olunur və taktikaları var. Sadəcə, 5 nəfər olanda səhvimizdən qolu tez buraxdıq.
- Avropa çempionatının ən yaxşı qapıçısı seçilmə ehtimalın var. Bunu gözləyirsən?
- Seçilsəm, bu, tək mənim yox, bütün Azərbaycanın uğuru olar. Mən buna çox da inanmıram. Amma belə bir şey olsa, mənim üçün çox böyük uğur olacaq.
- Səncə, əsas rəqibin kimdir?
- Əsas rəqibim təbii ki, İtaliya yığmasının qapıçısı Stefano Mammarella, İspaniya millisinin qolkiperi Pako Sedano və Rusiyadan Qustavodur. Güclü və təcrübəli qapıçılar çoxdur. Baxmayaraq ki, 24 yaşım var, adımın onların sırasında çəkilməsi mənim üçün böyük uğurdur.
- Hansı komandanın çempionluq şansı çoxdur?
- Məncə, İspaniya çempion olacaq.