Serbiyanın paytaxtı Belqradda futzal üzrə dünya çempionatının pley-off" mərhələsinin püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasına Hollandiya yığması rəqib olub.
Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Hollandiya - Azərbaycan
Macarıstan - İtaliya
İlk oyun martın 22-də səfərdə, cavab görüşü isə aprelin 16-da Bakıda olacaq.
****
Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçiriləcək. Sportnet.az-ın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçiriləcək mərasimdə Azərbaycan millisinin final mərhələsinə gedən yolda son rəqibi müəyyənləşəcək.
Bakı vaxtı ilə saat 15:00-da başlayanacaq püşkatmaya 14 ölkə yığmaları qatılacaq. Qrup mərhələsindəki nəticələrə əsasən, Azərbaycan millisi liderlər sırasında yer alıb. Fuastino Peresin rəhbərlik etdiyi komanda qrup mərhələsində İsveç və Belarusu müvafiq olaraq 8:2 və 7:2 hesabı ilə məğlub edib. Yığma qrupun son oyununda Xorvatiya ilə sülh bağlayıb - 4:4.
Reqlamentə əsasən, qrupları birinci yerdə tamamlamış hər bir komanda ikinci yeri tutanlardan biri ilə qarşılaşacaq. Eyni qrupda yer almış komandalar "pley-off"da bir-biri ilə qarşılaşa bilməyəcəklər. Bu isə o deməkdir ki, Azərbaycan yığmasının 6 potensial rəqibi olacaq: Macarıstan, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya.
Qruplar
1-ci qrup: Ukrayna, Macarıstan
2-ci qrup: Azərbaycan, Belarus
3-cü qrup: Rusiya, Serbiya
4-cü qrup: İspaniya, Hollandiya
5-ci qrup: Qazaxıstan, Sloveniya
6-cı qrup: Portuqaliya, Polşa
7-ci qrup: İtaliya, Slovakia
Pley-off mərhələsinin oyunları martın 22 və aprelin 16-da keçiriləcək. Bu mərhələdən sonra 7 komanda 14 sentyabr - 2 oktyabrda Kolumbiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Azərbaycan futzal yığması "pley-off" səddini də keçməyi bacarsa, tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacaq.