1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz FİFA reytinqində irəlilədi
FİFA dünya yığmalarının yeni reytinq siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində ötən ayla müqayisədə dəyişiklik baş verib.
Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv 2 pillə irəliləyib. Yığma 89-cı sıradan 87-ci pilləyə yükəslib. Milli komanda buna martın 9-da yoldaşlıq oyununda Qətəri məğlub edən (2:1), 26-da isə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Almaniyaya uduzaraq, (1:4) xal hesabını 380-dən 386-ya yüksəltməklə nail olub.
2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərə gəldikdə, Almaniya 1464 xalla 3-cü yerdə qalıb. Xalını 823-ə çatdıran Şimali İrlandiya 9 pillə irəliləyərək 26-cı olub. Çexiya 679 xalla 4 pillə geriləyərək 42-ci sıraya düşüb. San Marino da 12 xalla 1 pillə geriləyərək, 20-cü yerdə qərarlaşıb. 387 xala malik Norveç isə 5 pillə geriləyib. Skandinaviya təmsilçisi 86-cə yerdədir.
Siyahıda Braziliya1661 xalla 1-ci pilləyə yüksəlib. Zirvəni əldən verən Argentina 1603 xalla 2-ci sıradadır.
Qeyd edək ki, növbəti reytinq siyahısı mayın 4-də açıqlanacaq.