"Qəbələ” və "İnter” komandalarının Avropa Liqasının II təsnifat mərhələsindəki cavab matçlarını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçiləri də izləyəcəklər.
Sportnet.az "Report”a istinadən xəbər verir ki, Mahmud Qurbanov iyunun 20-də Polşanın Belostok şəhərində baş tutacaq "Yagelloniya” – "Qəbələ” görüşündə iş başında olacaq.
Faiq Əzizov isə eyni tarixdə Lüksemburqda keçiriləcək "Fola Eş” – "İnter” qarşılaşmasına baxacaq.
Hazırda vətəni Xorvatiyada istirahətdə olan R.Prosineçki isə Azərbaycan klublarının iştirakı ilə reallaşacaq avrokubok matçlarından heç birini izləməyəcək.
Qeyd edək ki, "İnter”in oyunu Bakı vaxtı ilə saat 21:30-da, "Qəbələ”nin görüşü isə 23:30-da başlayacaq.