21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qərar yığmanın İsrail və İrlandiya yığmaları ilə keçirdiyi Avropa çempionatının seçmə mərhələ matçlarının nəticələrinə əsasən çıxarılıb.
Bu gün Y.Vahabzadə 1:3 hesabı ilə uduzduqları hər iki matçla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssisin U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Yaşar Vahabzadə 2015-ci il yanvarın 9-dam Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi vəzifəsində çalışırdı.