1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
MOK və AVF rəsmiləri məşqçilərin seminarında
Bakıda keçirilən Beynəlxalq Voleybol Federasiyasının II dərəcəli məşqçi seminarının iştirakçıları ilə bu gün görüş keçirilib. Azərbaycan Voleybol Federasiyasından (AVF) Sportnet.az-a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseyinzadə, Bakı Şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov, AVF-nin vitse-prezidenti Faiq Qarayev, və baş katibi Elşən İsmayılov və "Azərreyl" klubunun vitse-prezidenti Vəsilə Abulova iştirak edib.
Ç.Hüseynzadə bu cür seminarların Bakıda keçirilməsinin çox sevindirici hal olduğunu bildirib: "Mən inanıram ki, bu seminarlar iştirakçılar üçün böyük əhəmiyyət daşıyacaqdır. Mütəxəssislər gələcəkdə bu sertifikatlarla ölkəmizi layiqincə təmsil edəcəklər. Hər kəsə uğurlar arzu edirəm".
Digər qonaqlar da çıxışlarında paytaxtda bu cür tədbirlərin keçirilməsi üçün lazımi şəraitin olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzu edib.
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminara 31 məşqçi qatılıb. 13 xarici və 18 yerli mütəxəssisin iştirak etdiyi seminara türkiyəli Nejat Sancak rəhbərlik edir. Onlar dərslərlə yanaşı, 25-26 iyunda Azərbaycan və Yunanıstan yığmaları arasında keçiriləcək Avropa Liqasının yarımfinal oyunlarını canlı izləyəcəklər. Seminarın sonunda iştirakçı məşqçilər "Beynəlxalq Məşqçi sertifakı" almaq üçün imtahan verəcəklər. Seminar iyulun 2-dək davam edəcək.