1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya çempionatında ilk tura yekun vuruldu
Bu gün Yaponiyada start götürən qadın voleybolçular arasında dünya çempionatında I tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunda 3 görüş baş tutub. Faiq Qarayevin baş məşqçisi olduğu komanda ABŞ-a, Trinidan və Tobaqo Rusiyaya 0:3 hesabı ilə uduzub. Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Rusiya və ABŞ 3 xalla ilk iki pilləni bölüşürlər. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü sıradadır.
Azərbaycanla Trinidan və Tobaqo isə son iki pillədə qərarlaşıblar.
Milli komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.