1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında tarixi uğur
Azərbaycanın idman gimnastı Anna Pavlova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Sportnet.az-ın Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, dayaqla tullanma yarışının finalında Pavlova isveçrəli Culiya Ştaynqruberdən cəmi 0,08 bal geri qalıb.
Bürünc medalı isə məşhur rumıniyalı gimnast Lorisa İordaçe əldə edib.
Qeyd edək ki, bu, Azərbaycanın idman gimnastikası tarixində ilk medal olub. Əvvəllər SSRİ yığmasının tərkibində dünya və Avropa çempionatları, eləcə də Yay Olimpiya Oyunlarında azərbaycanlı Valeri Belenki medal qazanıb. Sofiyadakı çempionat qadınlardan ibarət yığmamızın debütü ilə yanaşı, hakimlər korpusunda 2 ədalət təmsilçimiz - Səbinə Bəşirova və Rza Əliyevin yer alması ilə əlamətdar olub.