Bakıda keçirilən Dünya Kubokunun üçüncü yarış günündə də kişi və qadın idman gimnastları final mərhələsində mübarizə aparacaqlar.
Sportnet.az-məlumatına görə, Milli Gimnastika Arenasında kişilərin mübarizəsində sərbəst hərəkətlər, paralel qollar, halqaların yarışında qaliblər müəyyənləşəcək.
Qadınların yarışında isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda qızıl medallar sahiblərini tapacaq.
Azərbaycanın kişi idmançılarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Nikita Simonov isə haqlalarla çıxış edəcək. Qadınlarda isə Marina Nekrasova dayaqla tullanmada mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokuna martın 17-də yekun vurulacaq.