Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova və Arzu Cəlilova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında mübarizəyə başlayıblar.
Sportnet.az-ın məlumatına görə, onlar top və halqalarla çıxışlarını başa vurublar.
Ağamirova topla hərəkərlərdə 21,400 xala, halqa ilə isə 21, 150 xala layiq görülüb. O, 42,550 xalla hələlik çoxnövçülükdə 22-ci sıradadır.
Cəlilova isə halqa ilə hərəkətlərə 21,350 xal, topla isə 22,600 xal toplayıb və hazrda 20-cidir.
Onlar "8-lik"də yer alma şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər. Ağamirova halqa ilə 21-ci, topla 29-cu, Cəlilova isə halqa ilə 22-ci, topla 18-ci sıradadır.
Oktyabrın 28-də lent və gürzlərlə təsnifat mərhələsində iki gimnasta Nərmin Bayramova da qoşulacaq.
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandasl isə oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.