1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycan çempionatı texnikalı və çox sürətli oyun tələb edir"
Zaqatala "Simurq"unun yeni transferlərindən olan Adam Banas klubun rəsmi saytının suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Simurq”dan təklif alan vaxt Azərbaycan, komandamız haqqında hansısa informasiyanız var idi?
- Elə də məlumatlı deyildim. Təklif gələn kimi Pavel Kapsa ilə əlaqə saxladım. Mənə "Simurq”, Azərbaycan, çempionat barəsində ətraflı məlumat verdi. Komandanın professional olduğunu, çempionatın yüksək səviyyədə keçdiyini, güclü komandaların və futbolçuların çıxış etdiyini bildirdi. Avstriyada təlim-məşq toplanışına qoşulduğumda hər şeyin deyildiyi kimi olduğunu gördüm. Həm məşqçilərin, həm rəhbərliyin, həm də burada çıxış edən futbolçuların düşündüyümdən də yüksək səviyyədə olduğun şahidlik etdim. Əvvəllər "gəlim" və ya "gəlməyim" fikirləri arasında qalmışdım. Ancaq toplanışa qoşulandan sonra tamamilə düşüncələrim dəyişildi və qərar verdim ki, müqavilə təklif olunsa, razılaşım. Karyeramda ilk dəfə legioner həyatı yaşayacağam. İndi bu qərarımın düzgün olduğunu düşünürəm. Çalışacağam ki, hər oyunda "Simurq”un uğuru üçün meydanda sona qədər mübarizə aparım. Mənə olan inamı, dəstəyi doğruldum.
- "Simurq”da polşalı futbolçuların oynadığını eşitmişdiniz?
- Əlbəttə, Martsin Burxartın, David Petrkeviçin, Pavel Kapsanın Azərbaycanda oynadıqlarını bilirdim. Onlarla bir vaxtlar Polşa çempionatında rəqib kimi oynamışdım. Həmçinin, internetdən bir neçə dəfə burada çıxış etmələri barədə məlumat oxumuşdum. Oyunlarına baxmışdım.
- Premyer Liqanın, komandaların səviyyəsi necə, gözlədiyiniz kimidir?
- Hətta deyədim ki, artıqdır. Azərbaycan çempionatı futbolçudan, məsələn, Polşadakından daha texnikalı oyun tələb edir. Bizdə əsasən fiziki güc önəmli rol oynayır. Ancaq burada elə deyil. İlk oynumuza qardaşım da Polşadan internet vasitəsilə baxırdı. Oyundan sonra bu barədə danışdıq. O da mənimlə eyni fikirdə idi ki, Azərbaycan çempionatı futbolçudan texnikalı və çox sürətli oyun tələb edir.
- "Xəzər Lənkəran"la oyun haqqında nə düşünürsünüz?
- Artıq rəqibin kimliyi, onun gücü haqda düşünməməliyik. Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, hər görüşə qələbə üçün çıxmalıyıq. Xüsusən, evdə oynadığımız matçlarda xal itirmək şansımız yoxdur. İlk turdan artıq final əhval-ruhiyyəsində olmalıyıq. Rəqibi yaxşı təhlil edib, çıxıb öz oyunumuzu oynamalıyıq, azarkeş dəstəyi ilə xallarımızı yığmalıyıq.
- Sizcə, komandamızın uğur qazanması üçün nələr lazımdır?
- Hazırda heyətdə çıxış edən futbolçular, məşqçilər korpusu, hər kəs komandanın qarşısına hansı hədəfin qoyulduğunu çox yaxşı bilir. Fikrimcə, biz bu məqsədə çatası gücdəyik. Ancaq işimiz bununla bitmir. Biz hər bir oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Sona qədər mübarizə aparmalıyıq. Hər kəs üzərinə düşən işin öhdəsindən maksimum gəlsə, uğur bizim olacaq.
- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədiniz?
- Yox, elə də çətinlik çəkmədim. "Simurq” bir ailədir. Bütün günü komanda yoldaşlarımla birlikdəyik. Birgə yeyirik, gəzirik, istirahət edirik. Çox gözəl atmosfer var.
- Azərbaycan yeməkləri ilə bağlı probleminiz olmadı?
- Burada yaşamaqda çətinlik çəkəcəyimi düşünürdüm. Çünki fərqli bir mədəniyyətlə tanış olacaqdım. Həm də ilk dəfədir ki, karyeramı ölkəmdən kənarda davam etdirəcəkdim. Ancaq hər şey fərqli oldu. Qısa bir vaxtda buraya öyrəşdim. Artıq hər şey yaxşıdır. Yeməkləriniz çox yaxşı və ləzzətlidir. Hər cür şərait yaradılıb. Bizə isə yalnız məşqlərimiz və oyunlarımız haqda düşünmək qalır.
- Zaqatala haqqında fikirlərinizi də bilmək maraqlı olardı...
- Çox gözəl və kiçik bir şəhərdir. Gəzmək, harasa getmək elə də çətin deyil. Burada özünü təhlükəsiz hiss edirsən. Yaşamaq üçün hər cür şərait var. Hətta qısa bir zamanda ailəmi də bura gətirmək istəyirəm. Ancaq hazırda havalar çox istidir. Buna görə gözləyirəm.
- Artıq ilk oyunda azarkeşlərmizi gördünüz. Onlara saytımız vasitəsilə nə deyərdiniz?
- "Dəstəyə görə çox sağ olun" deyirəm. İnanıram ki, nəticə qazandıqca, onların stadionda sayları daha da artacaq. Çünki azarkeş dəstəyinə ehtiyacımız var.