Paris-2024 Yay Olimpiya Oyunlarında estafet yarışlarının bürünc mükafatçısı, fransalı üzgüçü Yoan Ndoye-Bruar sosial şəbəkədəki səhifəsində qazandığı medalı nümayiş etdirib.
Sportnet.az xəbər verir ki, mükafat dörd ay ərzində bərbad vəziyyətə düşüb və rəngini itirib. Ndoye-Bruar buna münasibət bildirərkən şəklin altında “Paris-1924” yazıb.
Təşkilatçılar buna dərhal reaksiya verərək, idmançıya yeni medal göndərəcklərini bildiriblər.
“Medallar Olimpiadanın ən çox arzulanan və idmançılar üçün ən qiymətli əşyalarıdır. Keyfiyyətsiz hala düşmüş medallar sistematik olaraq yeniləri ilə əvəz olunacaq”, – deyə təşkilat komitəsi açıqlama verib.