
Gəncə şəhər stadionunda tikinti işləri sürətlə davam edir.
Sportnet.az xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov sosial şəbəkədə video paylaşıb.
Stadion sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və digər 6 şəhərdə keçiriləcək III MDB Oyunlarınadək istifadəyə veriləcək.