
Endrü Parsons üçüncü müddətə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti seçilib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bu, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən IPC Baş Assambleyasında baş verib.
Braziliyalı funksioner 177 səsdən 109-nu qazanaraq, yerli rəqibi Don Hön Beni üstələyib.
Qeyd edək ki, Endrü Parsonsun 48 yaşı var. O, ilk dəfə 2017-ci ildə IPC prezidenti seçilib. Daha sonra 2021-ci ildə Parsonsa ikinci dəfə etimad göstərilib.