Nazirlər Kabineti "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Sportnet.az "Report”a istinadən xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliklə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb. Onlardan 12-si müxtəlif bölgələrdə fəaliyyət göstərən olimpiya kompleksləridir: "Gəncə Olimpiya İdman Kompleksi” MMC, "Tovuz Olimpiya İdman Kompleksi” MMC, "İmişli Olimpiya İdman Kompleksi” MMC, "Qəbələ Olimpiya İdman Kompleksi” MMC, "Sumqayıt Olimpiya İdman Kompleksi” MMC, "Astara Olimpiya İdman Kompleksi” MMC, "Cəlilabad Olimpiya İdman Kompleksi” MMC, "Qobustan Olimpiya İdman Kompleksi” MMC, "Xaçmaz Olimpiya İdman Kompleksi” MMC, "Şirvan Olimpiya İdman Kompleksi” MMC, "Qax Olimpiya İdman Kompleksi” MMC, "Göygöl Olimpiya İdman Kompleksi” MMC.
Eyni zamanda "Goranboy Üzgüçülük Hovuzu” MMC, "Daşkəsən Rayon Gənclərin Təlim və İstirahət Mərkəzi” MMC, "Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutu” MMC, "Milli Gimnastika Arenası” MMC, "Su İdmanı Sarayı” MMC” də nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.