1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Püşk atıldı: Rəqiblərdən ikisi rusdur
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yığmanın 6 üzvündən mübarizəyə ilk olaraq, Orxan Səfərov (60 kq) qatılacaq.
Avqustun 6-da tatami üzərinə çıxacaq Səfərov perulu Xuan Postiqosla üz-üzə gələcək.
Ertəsi gün Nicat Şıxəlizadə (66 kq) çıxış edəcək. Onun ilk rəqibi ispaniyalı Suqoy Uriarte olacaq.
Avqustun 8-də nəzərlər Avropa çempionu Rüstəm Orucovun (73 kq) çıxışına yönələcək. Orucov Faye Nji (Qambiya) - Didar Kamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Avqustun 10-da Məhəmmədəli Mehdiyev (90 kq), ertəsi gün Elmar Qasımov (100 kq) tatamiyə çıxacaq. Onlar ilk görüşdə müvafiq olaraq, rusiyalı Kiril Denisov və Tahir Xaybulayevlə görüşəcəklər.
Nəhayət, avqustun 12-də Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Onun ilk rəqibi latviyalı Artur Nikiforenko olacaq.
Qeyd edək ki, Azərbaycanın bütün cüdoçularının ilk görüşləri 1/16 final mərhələsinə təsadüf edəcək.