1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz olimpiadada 7-ci oldu - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi monqolustanlı Otqonbatar Lxaqvasuren olub.
Görüş Lxaqvasurenin üstünlüyü ilə keçib. Qarşılaşmanın əvvəlində yuko xalı alan monqolustanlı cüdoçu sonradan passiv mübarizə səbəbindən ardıcıl iki xəbərdarlıq alıb. Bununla belə, azərbaycanlı cüdoçu hesabda dönüş edə bilməyib.
Beləliklə, Mehdiyev olimpiadanı 7-ci pillədə başa vurub.
-------------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev 1/4 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi ötənilki dünya çempionu, cənubi koreyalı Donqhan Qvak olub.
Qarşılaşmanın əvvəllərində hakimlər hər iki cüdoçuya passiv mübarizə səbəbindən iki dəfə xəbərdarlıq ediblər. Görüşün sonlarında isə Mehdiyev daha iki anlaşılmaz xəbərdarlıq alıb və rəqibi qalib elan olunub.
Məğlubiyyətə baxmayaraq, Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Onun ilk təsəlliverici döyüşdə rəqibi Otqonbatar Lxaqvasuren (Monqolustan) olacaq.
-----------------------
19:33. Mehdiyev möhtəşəm qələbə ilə 1/4 finalda!
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev növbəti görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi braziliyalı Tyaqo Kamillo olub.
Qarşılaşmanın əvvəllərində Kamillo xəbərdarlıq alsa da, az sonra Mehdiyev də eyni cəza ilə üzləşib. Sonradan braziliyalı cüdoçu yuko xalı ilə önə çıxsa da, sona 1 dəqiqə qalmış Mehdiyev rəqibinə ippon fəndi tətbiq edib. Lakin hakimlər onun fəndini ippon yox, vazari kimi qiymətləndiriblər. Bununla belə, Azərbaycan cüdoçusu ruhdan düşməyib və sonadək üstünlüyünü qoruyaraq, 1/4 finala yüksəlib. Buna cüdoçumuza verilmiş ardıcıl 2 xəbərdarlıq da mane olmayıb.
Beləliklə, 1/4 finala yüksələn Mehdiyevin rəqibi cənubi koreyalı Donqan Qvak olacaq.
-------
18:14. Mehdiyevin olimpiadada növbəti rəqibi məlum oldu
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev ilk görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi "Bakı 2015" I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisov olub.
Görüşün əvvəllərində azərbaycanlı cüdoçu, sona doğru isə rusiyalı cüdoçu iki xəbərdarlıq alıb. Əsas vaxtda bərabərlik qeydə alındığından, "qızıl xal"adək ıəlavə vaxt təyin olunub. Bu zaman Denisovun passivliyi diqqətdən yayınmayıb. Sona doğru Mehdiyev rəqibini ipponla məğlubiyyətə uğradıb.
Onun 1/8 finaldakı rəqibi Tyaqo Kamilo (Braziliya) olacaq.