1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stepko da ümidləri doğrultmadı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən idman gimnastı Oleq Stepko fərdi çoxnövçülük üzrə final mərhələsində mübarizə aparıb. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı idmançı 6 hərəkətin cəmində 79,081 xal toplaya bilib.
Bununla da Stepko 24 finalçı arasında 22-ci yeri tutub.
Olimpiya çempionu titulunu 92,365 xalla yaponiyalı Kohey Uçimura qazanıb. Ukraynalı Oleq Vernyayev 92,266 xalla gümüş, böyük britaniyalı Maks Vaytlok 90,641 xalla bürünc medala sahib olub.