1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stadnik medalını gizlətdi - FOTO
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin ürəyincə olmayıb. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı pəhləvan mükafatlandırma mərasimində göz yaşlarına hakim ola bilməyib.
Olduqca məyus görünən Stadnik himn səsləndirildikdən sonra digər mükafatçılarla yanaşı medalla poz verməkdən imtina edib. Həmin vaxt o, gümüş medalını boynundan çıxararaq, arxasında tutub. Foto çəkimindən sonra isə azərbaycanlı pəhləvan fəxri kürsünü hamıdan əvvəl tərk edib. O, jurnalistlərə müsahibə vermək də istəməyib.
Qeyd edək ki, Mariya Stadnik ardıcıl 3 olimpiadanı medalla başa vurub. O, "Pekin-2008"də bürünc, "London-2012"də gümüş medal qazanıb. "Rio-2016"nın finalında isə Stadnik yaponiyalı 3 qat dünya çempionu Eri Tosaka ilə görüşdə son saniyələrədək öndə olduğu halda, rəqibinin tətbiq etdiyi fənddən sonra məğlub olub və ilk olimpiya çempionluğu şansını qaçırıb.
Foto: Dilavər Nəcəfov