1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadada 13-cü medal! - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib özbəkistanlı Bekzod Abduraxmanov olub.
Həsənov ilk yarını 4:2 hesablı üstünlüklə başa vurub. İkinci hissədə də üstünlüyünü davam etdirən azərbaycanlı pəhləvan qarşılaşmanı 8:7 hesablı qələbə ilə tamamlayıb.
Beləliklə, Cəbrayıl Həsənov sərbəst güləş yığmasının aktivinə ikinci bürünc medalı qazandırıb. Bu, Azərbaycan yığmasının olimpiadada 13-cü medalı olub.
---------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal görüşünə çıxıb.
"
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsi üzrə son təsəlliverici qarşılaşmada rəqib bolqarıstanlı Vladimir Dubov olub.
Görüşün əvvəlində Dubov 4 xalla irəli çıxıb. Əliyev tezliklə xallardan 2-nin əvəzini çıxıb. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub.
Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı yazdırıb.
----------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev bürünc medal uğrunda ilk təsəlliverici görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan 25 yaşlı pəhləvan qazaxıstanlı Nurislam Sanayevlə üz-üzə gəlib.
Görüş Əliyevin 10:8 hesablı qələbəsi ilə yekunlaşıb. Bürünc medal uğrunda son görüşdə o, bolqarıstanlı Vladimir Dubovla üz-üzə gələcək.
------------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib rusiyalı Ənvər Geduyev olub.
İlk hissədə Həsənov yüksək səviyyədə çıxış edərək, 4:0 hesablı üstünlük əldə edib. İkinci hissədə Geduyevin tətbiq etdiyi fəndi hakimlər 4 balla qiymətləndiriblər. Buna etiraz edən Azərbaycan tərəfinin iddiası qəbul olunmayıb və nəticədə təmsilçimiz 4:5 hesabı ilə geri düşüb. Qalan müddətdə rusiyalı güləşçinin qaşından qan açılması ilə əlaqədar görüşdə iki dəfə fasilə yaranıb. Amma Həsənov fərqi aradan qaldıra və finala yüksələ bilməyib. O, bürünc medal qazanmaq üçün son təsəlliverici görüşdə qalib gəlməlidir.
----------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev 57 kq çəki dərəcəsində bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib.
Sportnet.az-ın məlumatına görə, səbəb ikiqat Avropa çempionunun 1/4 finalda uduzduğu Vladimir Xinceqaşvilinin finala yüksəlməsidir.
Əliyev ilk təsəlliverici görüşdə Nurislam Sanayevlə (Qazaxıstan) üz-üzə gələcək. Qalib gələcəyi təqdirdə, o, bürünc medal qazanmaq üçün Vladimir Dubovu (Bolqarıstan) məğlub etməlidir.
Qeyd edək ki, Hacı Əliyev Vladimir Xinceqaşviliyə 1/4 finalda 3:5 hesabı ilə uduzub.
------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 1/4 final görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Yakob Makaraşvili (Gürcüstan) olub.
Görüş başlayan kimi Həsənov rəqibindən ardıcıl xallar alaraq, 1 dəqiqə 45 saniyəyə təmiz qələbə qazanıb.
Onun yarımfinalda rəqibi Ənvər Geduyev (Rusiya) olacaq.
----------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev 1/4 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionunun rəqibi gürcüstanlı Vladimir Xinceqaşvili olub.
İlk hissədə Əliyev minimal hesabla qalib gəlib. İkinci hissənin əvvəlində Xinceqaşvili iki arxayakeçmə fəndi ilə hesabda önə keçib - 4:1.
Bundan sonra Azərbaycan güləşçisi eyni fəndi yerinə yetirərək, fərqi minimuma endirib. Sona doğru gözündən zədə alan Əliyevə həkim yardımı lazım gəlib. Görüşü davam etdirən 25 yaşlı pəhləvan sonda xal tətbiq etsə də, hakimlər bunu qeydə almayıblar və o, 3:5 hesabı ilə uduzub.
Nəticədə növbəti mərhələyə Xinceqaşvili yüksəlib. Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün gürcüstanlı pəhləvanın finaladək irəliləməsini gözləməlidir.
-----------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub.
Cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə o, vaxtından əvvəl qələbə qazanıb - 10:0.
1/4 finalda Azərbaycan güləşçisinin rəqibi Yakob Makaraşvili (Gürcüstan) olacaq.
--------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən ikiqat dünya çempionunun 1/8 finaldakı rəqibi cənubi koreyalı Junsik Yun olub.
Görüş Əliyevin qələbəsi ilə yekunlaşıb - 12:2. 1/4 finalda onun rəqibi Vladimir Hinçeqaşvili (Gürcüstan) olacaq.
-------------------------
Azərbaycanın sərbəst güləş yığması "Rio-2016"da yay Olimpiya Oyunlarında mübarizəyə başlayır. Sportnet.az-ın məlumatına görə, 5 təmsilçimizdən 2-si bu gün ilk görüşünə çıxacaq.
Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi cənubi koreyalı Yunsik Yun olacaq. Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 24:00-da başlanacaq.
Xatırladaq ki, yunan-Roma üzrə güləş yığmamız "Rio-2016"da 5 təmsilçisindən 2-si medalçı olub. Bunlar bürünc mükafat qazanan Rəsul Çaniyevlə (66 kq) Sabah Şəirətidir (130 kq).