İtaliyanın paytaxtı Roma 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən imtina edəcək.
Sportnet.az-ın "Inside The Games" nəşrinə istinadən verdiyi məlumata görə, şəhərin yeni meri Virciniya Raci belə bir fikrə düşüb.
O əmindir ki, Roma olimpiadanın keçirilməsinə deyil, öz iqtisadi problemlərinə diqqət yönəltməlidir. Xanım mer imtina qərarını İtaliya paralimpiya yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Oyunlara yolasalma mərasimində açıqlaya bilər. Romanın olimpiada təşkilinə xərcləməyi planlaşdırdığı 27,5 milyon dollar rəqibləri Los-Anceles (ABŞ), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərlərinin nəzərdə tutduğu məbləğdən əhəmiyyətli dərəcədə geri qalır.
Qeyd edək ki, qalib şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq.