1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İOC üzvlərinin satın alınma ehtimalı ilə əlaqədar araşdırma başlayıb
Braziliyanın Rio-de-Janeyro şəhərinin polisi 2016-cı il Yay Olimpiya Oyunlarının ev sahibinin seçimi zamanı Beynəlxalq Olimpiya Komitəsi (İOC) üzvlərinin satın alınma ehtimalları ilə əlaqədar araşdırmalara başlayıb.
Sportnet.az-ın "İndependent"ə istinadən verdiyi məlumata görə, söhbət beynəlxalq korrupsiya sxemi sayəsində Rio-de-Janeyro lehinə səs alınması məqsədilə İOC üzvlərinin alınmasından gedir. Bu gün səhər saatlarında Oyunların Təşkilat Komitəsinin sabiq sədri Karlos Artur Nuzmanın evində axtarış aparıb. Təhqiqatçılar Nuzmanın korrupsiya sxeminə bağlılığına dair sübutlar tapıblar. Bundan başqa məhkəmə iki iştirakçı - biznesmen Artur Sezar de Manezes və Elian Pereyru Kavalkantenin həbsinə order verib.
Qeyd edək ki, 2016-cı il Yay Olimpiya Oyunlarına iddiaçılar arasında Bakı şəhəri də olub. Lakin Azərbaycan paytaxtı "qısa siyahı"ya düşə bilməyib. Oyunların qalibi 2 oktyabr 2009-cu ildə İOC-un 121-ci Sessiyasında açıqlanıb. Rio-de-Janeyro səsvermənin üçüncü raundunda Madridə qalib gəlib - 66:32. Halbuki, birinci raunda İspaniya paytaxtı ciddi üstünlüklə öndə olub. "Rio-2016" ötən ilin 5 - 21 avqustunda keçirilib. Oyunlara 207 ölkədən 11 min idmançı qatılıb. Azərbaycan 18 medal qazanıb.