Vergilər Nazirliyi Gənclər və İdman Nazirliyinə məxsus "Qazax Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb.
Sportnet.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, kommersiya qurumunun hüquqi ünvanı Qazax rayonu, Xanlıqlar kəndidir. Kompleksin nizamnamə kapitalı 7,2 mln. manat, qanuni təmsilçisi Sahib Əli oğlu Namazovdur ("Report").