Rusiyanın kişilərdən ibarət hokkey yığması Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Oleq Znarkovun rəhbərlik etdiyi kollektiv yarımfinalda Çexiyanı 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Rusiya millisi finalda bu gün Bakı vaxtı ilə 16:10-da start götürəcək Kanada – Almaniya görüşünün qalibi ilə qarşılaşacaq. Həlledici matç fevralın 25-də keçiriləcək və 08:10-da başlayacaq.