
Azərbaycan cüdoçusu Vüqar Talıbov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Luici Sentasshini ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Talıbov gümüş medalla kifayətlənib.
66 kq-da yarışan Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Zeqediyə uduzub.
Qadın cüdoçu Aytac Qardaçxanlı üçüncü yer uğrunda qarşılaşmadan məğlub ayrılıb. 57 kq-dakı cüdoçu Almaniya təmsilçisi Samira Bokun müqavimətini qıra bilməyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.
------------------------------------------------------
Azərbaycan cüdoçusu XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yarımfinalda Türkiyə təmsilçisi Musa Şimşəki məğlub edib. Talıbov qızıl medal uğrunda görüşdə Luigi Centraçio (İtaliya) - Rodriqo Pires (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.
66 kq çəki dərəcəsində Mətin Rzazadə bürünc medal uğrunda görüşdə macarıstanlı Daniel Szegediyə rəqib olub.
Qadın cüdoçu Aytac Qardaşxanlı isə yarımfinalda uduzub. O, finala gedən yolda rusiyalı Kseniya Qalitskayanın müqavimətini qıra bilməyib. Qardaşxanlı bürünc medal görüşündə qüvvəsini sınayacaq.
--------------------------------------------------
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov ardıcıl olaraq Belarus və Çexiya idmançılarını mübarizədən kənarlaşdırıb. O, yarımfinalda türkiyəli Musa Şimşəklə görüşəcək.
66 kq çəkidəki Mətin Rzazadə 1/4 finalda rusiyalı həmkarına uduzub. O, təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq.
Qadın cüdoçu Aytac Qardaşxanlı da yarımfinalda çıxış edəcək. 57 kq-da yarışan idmançı bu raunda kimi Finlandiya, Böyük Britaniya və Rumıniya təmsilçilərinə qalib gəlib. Qardaşxanlı finala gedən yolda rusiyalı Kseniya Qalitskaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.
Qeyd edək ki. Vüqar Talıbov 2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.