Bu gün Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Cəmaləddin Rəhmanovun 60 yaşı tamam olur. Sportnet.az-ın məlumatına görə, yubilyar təmtəraqlı tədbir keçirmək niyyətində deyil.
Saytımıza verdiydi açıqlamada Rəhmanov ötən günləri xatırlamaqla yanaşı, gələcək planları barədə Musa Yaqubdan 2 misra səsləndirməklə cavab verib: "Elədiklərimdən yaxa qurtarmaz, Eləmədiklərim yandırır məni".