Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarının ilkin proqramına 28 idman növü daxil edib.
Sportnet.az xəbər verir ki, bu barədə qərar qurumun Sessiyasında qəbul edilib.
IOC Olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. 28 idman növünə ötən il Tokio olimpiadasında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma da daxildir.
Boks, ağırlıqqaldırma və müasir pentatlon isə proqramda qalmaq üçün müxtəlif meyarlara cavab verməli, müvafiq federasiyalar yerlərini qorumaqdan ötrü islahatları başa çatdırmalıdırlar.
Qeyd edək ki, 2023-cü ildə Los-Anceles-2028-in Təşkilat Komitəsi əlavə idman növləri təklif edə bilər. Yekun siyahı 2024-cü ilin dekabrında təsdiqlənəcək.