İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib.
Sportnet.az CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı idmançı fevralın 15-də fərdi yarışlara qatıla biləcək. O, Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın əsas rəqiblərindən olacaq.
Beynəlxalq Dopinq Test Agentliyi (ITA) fevralın 12-də bildirib ki, Vəliyevanın 2021-ci il dekabrın 25-də verdiyi dopinq testində trimetazidin aşkarlanıb. Rusiya Antidopinq Agentliyi fevralın 9-da Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib. IOC, ISU və WADA fevralın 13-də bu qərardan CAS-a şikayət edib