1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslamiadada idman gimnastlarımızdan 10 medal - YENİLƏNDİ
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən idman gimnastları fərdi mübarizəni 4 qızıl, 4 gümüş, 2 bürünc medalla başa vurublar.
Sportnet.az-ın məlumatına görə, qızıl medallardan 2-nə kişilərin mübarizəsində Bençe Talas nail olub. Talas turniklə hərəkətlərdə 14,000 xalla, dəstəkli gimnastika atı ilə hərəkətdə 14,250 xalla birinci yeri tutub.
Daha bir qızıl medalı Yuliya İnşina əldə edib. O, qadınların mübarizəsində sərbəst hərəkətlərdə 13,100 xalla qalib olub.
Kişilərin yarışında sərbəst hərəkətlərdə Murad Ağarzayev də 14,400 xalla hamını üstələyib.
Gümüş medalları halqalarla hərəkətlərdə 14,500 xal yığan Bençe Talas, dayaqla tullanmada 13,750 xalla, gimnastika tiri ilə hərəkətlərdə 12,600 xalla Marina Nekrasova, müxtəlif hündürlüklü qollarla hərəkətlərdə 12,400 xal yığan Yekaterina Tişkova əldə edib.
Bürünc medalları paralel qollarla hərəkətlərdə 13,100 xalla Timur Bayramov və gimnastika tiri ilə hərəkətlərdə 12,250 xalla Yuliya İnşina qazanıb.
Beləliklə, 10 medaldan 3-nə Bençe Talas, hərəyə 2-nə Yuliya İnşina və Marina Nekrasova, qalanlarına isə Murad Ağarzayev, Yekaterina Tişkova və Timur Bayramov yiyələnib.
----------------------------------------
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman gimnastı Murad Ağarzayev qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində birinci yeri tutub. O, 14,400 xal toplayıb. Əlcəzairli Ahmed Anis Mauc 13,350 xalla gümüş, türkiyəli Ahmet Önder 13,100 xalla bürünc medala sahib olub.
Bençe Talas gümüş medal qazanıb. O, halqalarla çıxışda Talas 14,500 xal toplayıb. Türkiyəli İbrahim Çolak 15,250 xalla qızıl, iranlı Hadi Xanarinejad 13,850 xalla bürünc medala sahib olub.
Timur Bayramov isə bürünc medal qazanıb. Bayramov paralel qollarda hərəkətlər üzrə final mərhələsində 13,100 xal əldə edib.
Türkiyəli Ferhat Arıcan 14,900 xalla qızıl, əlcəzairli Hillal Metici 13,500 xalla gümüş medala sahib olub.
Eyni əyarlı medalı Marina Nekrasova qazanıb. Nekrasova dayaqla tullanmada 13,700 xal toplayıb. Qızıl medalı özbəkistanlı Oksana Çusovitina 14,250 xalla qızıl, indoneziyalı Rifda İrfanalutfi 13,025 xalla bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan idman gimnastları günün ilk yarısında final yarışlarını 1 qızıl, 3 gümüş, 1 bürünc medala sahib olub. Daha 5 final yarışı axşam proqramında olacaq.