1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mariya Stadnik: "İslamiadadan parlaq təəssüratlar qaldı"
"İslamiadadan parlaq təəssüratlar qaldı. Bütün zal himni oxuyurdu. Bu, udunudulmaz anlardır".
Sportnet.az" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Mariya Stadnik deyib.
48 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı bildirib ki, İslamiadanın təşkilatçılığı Yay Olimpiya Oyunlarından fərqlənmir: "Bunu I Avropa Oyunlarında da görmüşdük. Hər kəs bilir ki, bizdəki yarışlar yüksək səviyyədə keçirilir. Çıxışıma gəlincə, qalib gələcəyimi gözləyirdim. Bütün yarışlara qızıl medal qazanamaq üçün qatılıram. İslamiadada isə evdə güləşdiyimiz üçün mütləq uğur əldə etməli idim”.
Qeyd edək ki, Mariya Stadnik olimpiya mükafatçısı dünya və beşqat Avropa çempionudur. O, "Bakı 2015” I Avropa Oyunlarında da qızıl medal qazanıb.