
Bu il keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi açıqlanıb.
Sportnet.az xəbər verir ki, yarış noyabrın 7-21-də keçiriləcək. Oyunlar Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq.
Qeyd edək ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2005-ci ildə keçirilib. 2010-cu ildə İranda keçirilməsi planlaşdırılan ikinci oyunlar baş tutmayıb. Üçüncü İslam Həmrəyliyi Oyunları 2013-cü ildə İndoneziyada, dördüncü 2017-ci ildə Bakıda, beşinci isə 2021-ci ildə Türkiyənin Konya şəhərində təşkil olunub.