Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının Ər Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı idmançı finalda türkiyəli Eda Eltemuru məğlub edib - 5:3.
Beləliklə, Zaretska karyerasında üçüncü dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, 2017-ci ildə Bakıda, 2022-ci ildə isə Konyada qızıl medal əldə edib.

















































































