Çinin paytaxtı Pekində keçirilmiş XXIV Qış Olimpiya Oyunlarını izləyənlərin sayı bəlli olub.
Sportnet.az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Pekin-2022-ni 2 milyarddan çox insan izləyib.
Burada bütün televiziya yayımlarının və rəqəmsal platformaların unikal izləyiciləri nəzərə alınıb. Tamaşaçıların sayı 2018-ci ildə Cənubi Koreyanın Pxençan şəhərində keçirilmiş olimpiada ilə müqayisədə 5 faiz artıb.
Azarkeşlər yarışlara ümumilikdə 714 milyard dəqiqə baxıblar. Olimpiada sosial mediada 3,2 milyard izləyici toplayıb və bütün platformalarda 11 milyondan çox yeni azarkeş cəlb edilib.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 4 - 20 fevralda baş tutub.