
"Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Hal-hazırda biz intensiv hazırlıq mərhələsindəyik". "Report"un məlumatına görə, bunu sərbəst güləş Azərbaycan yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə keçirilən təlim-məşq toplanışından sonra jurnalistlərə açıqlamasında deyib.
S.Absaidov bu cür təlimlərin keçirilməsinin yığmamız üçün çox faydalı olduğunu söyləib: "Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. Hal-hazırda biz intensiv hazırlıq mərhələsindəyik. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra artıq Rio Olimpiadasına əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən Olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".