1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rüstəm Orucov: "Qızıl medal üçün nə çatışmadığını deyə bilməyəcəm"
"Bizə hazırda 10 gün istirahət veriblər. Ondan sonra yenidən məşqlərə başlayacağıq. Hələ qarşıda çox yarış var”. Sportnet.az-ın məlumatına görə, məlumatına görə, bu fikirləri cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov deyib. "Rio-2016" Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində gümüş medal qazanan idmançımız vətənə dönüşdə onları qarşılayan media nümayəndələrinin suallarını cavablandırıb.
Gənc cüdoçumuz gələcək planları haqqında da danışıb: "Bizi qarşıda İslam Oyunları gözləyir. Əsas hədəfimiz orda layiqincə çıxış etməkdir”.
Braziliyada keçirdiyi görüşlər haqqında suala cavab verən Rüstəm onun üçün ən çətin döyüşün məhz finaldakı qarşılaşma olduğunu deyib: "İlk 4 mübarizənin hamısında qalib gəldim. Gördüyünüz kimi, ən çətin görüşüm yapon cüdoçuya qarşı oldu. Yeganə ona məğlub oldum. Qızıl qazanmaq üçün konkret nə çatışmadığını deyə bilməyəcəm. İnşallah, gələn turnirdə o da olacaq”.
Mənbə: Apasport.az