
14 iyun
Meksika - Kamerun - 1:0
Qol: Oribe Peralta, 61
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Heyətlər
Meksika: 13. Gilyermo Oçoa, 2. Fransisko Rodriges, 4. Rafael Markes, 6. Ektor Errera, 7. Migel Layun, 10. Covanni Dos Santos, 15. Ektor Moreno, 18. Andres Quardado, 19. Oribe Peralta, 22. Paul Agilar, 23. Xose Vaskes
Kamerun: 16. Şarl İtanjde, 2. Benua Akotto, 3. Nikolas Nkulu, 4. Sedrik Ceque, 6. Aleksandr Sonq, 8. Benjamin Mukanco, 9. Samuel Eto O, 13. Erik Çupo Motinq, 14. Orelyen Şedju, 17. Stefan Mbia, 18. Eyonq Ehon.
Oyundan öncə
Salam!
Bir neçə dəqiqədən sonra DÇ-2014 çərçivəsində A qrupunda növbəti oyun start götürəcək.
Pyer Vebo, Orelyen Şedju, Aleksandr Sonq, Samuel Eto O kimi məşhur futbolçuların yer aldığı Kamerun yığması Xavyer Ernandes, Andres Quardado və Covanni dos Santosun qatqısı ilə turnirə üç xalla başlamaq istəyən Meksika ilə üz-üzə gəlir.
Matçdan öncə onu qeyd edə bilərik ki, mümkün bərabərlik qaneedici nəticə olmadığından, hər iki tərəf qələbə üçün meydana çıxır.
Önəmli məqamlar
- Meksika mundiallar tarixində ən çox məğlubiyyət yaşayan ölkədir – 24 dəfə.
- Kamerunda Samuel Eto O komandasının turnirdə vurduğu son 4 qolda birbaşa rol oynayıb (3 qol, 1 məhsuldar ötürmə)
- Kamerun son 13 DÇ matçında cəmi 1 qələbə qazanıb. Afrika təmsilçisi qalan matçlarda 4 heç-heçə, 8 məğlubiyyət yaşayıb.
- İki komanda tarixlərində ikinci dəfə qarşı-qarşıya gələcək. İlk qarşılaşmalarında - 1993-cü ildə keçirilmiş yoldaşlıq oyununda Meksika qalib gəlib - 1:0.
- Oribe Peralta Meksika forması ilə çıxdığı son 6 rəsmi matçda 8 qol vurub.
- Meksika indiyədək DÇ-lərdə Afrika komandalarını heç vaxt məğlub edə bilməyib. Oynanılan 3 matçda Amerika təmsilçisi 2 bərabərlik və 1 məğlubiyyətlə meydanı tərk edib.
Oyun başladı.
3-cü dəq. Sol cinahda Erreranın ötürməsindən sonra Agilar yerdən sərt ötürmə verdi. Lakin top yaxın küncdən çölə çıxdı.
7-ci dəq. Meksika yığmasının daha bir təhlükəli hücumu. Çoxgedişli kombinasiya nəticə vermir.
Matçın ilk dəqiqələrindən Meksika daha sürətli görünür. Kamerun xüsusilə topu rəqibə aid hissəyə aparmaqda xeyli çətinlik çəkir.
11-ci dəq. Meksika qol vurdu. Lakin dos Santosun ofsaydda olduğunu iddia edən referi mübahisəli qərar qəbul edir.
16-cı dəq. Künc zərbəsindən sonra Kamerunun da vurduğu qolda oyundankənar vəziyyət qeydə alınır.
21-ci dəq. Kamerun Eto O ilə oyundakı ilk real qol imkanından yararlana bilmir. Top dirəyə toxunub çölə çıxır.
24-cü dəq. Kamerun təhlükəli künc zərbəsi yerinə yetirdi.
Topa nəzarət faizi açıqlanır. Meksika 60 / 40% nisbətində Kamerundan üstündür.
27-ci dəq. Markes və Moreno təhlükəli asmadan sonra qol şansını boşa verir.
29-cu dəq. Dos Santos daha bir qol vurur. Lakin hakim qayda pozuntusu olduğunu əsas gətirərək qolu qeydə almır.
İlk yarım saatdan sonra oyunda nisbi durğunluq yaşanır.
41-ci dəq. Peralta qapıçi ilə təkbətək qalır. Lakin zərbə endirə bilmir.
44-cü dəq. Markesin ötürməsindən sonra Meksika yığması rəqib cərimə meydançasında növbəti nəticəsiz qol epizodunu yaradır.
45+1-ci dəq. Meksikanın təhlükəli hücumunda Peralta oyundan kənar vəziyyətə düşür.
Fasilə.
Birinci hissənin statistikası
Topa nəzarət: Meksika 63 % - Kamerun 37 %
Qayda pozuntusu: Meksika: 6 – Kamerun: 7
Zərbə: Meksika: 3 – Kamerun: 4
Ofsayd: Meksika: 5 - Kamerun: 2
Künc zərbəsi: Meksika: 2 - Kamerun: 3
İkinci hissə başladı.
46-cı dəq. Oyunçu dəyişikliyi. Sedrik Ceque Dani Nunkeu ilə əvəzlənir.
48-ci dəq. Yenə də Peralta təkbətək çıxsa da, zərbəsini qapıçı ram edir.
54-cü dəq. Bu dəqiqələrdə komandalar hücum qurmaqda çətinlik çəkirlər.
57-ci dəq. Oyunda ilk sarı vərəqə. Meksikalı Ektor Moreno cəzalanır.
58-ci dəq. Benua Ekotto cərimə zərbəsindən təhlükəli zərbə endirir.
61-ci dəq. QOOOOOOOL! Meksika hesabı açır. Nəhayət, Peralta fərqlənir.
63-cü dəq. Meksikanın təhlükəli hücumunda Errera topu düzgün qəbul edə bilmir.
68-ci dəq. Meksika millisində dəyişiklik. Andres Quardadonu Marko Fabian əvəzləyir.
71-ci dəq. Kamerun daha bir kəsərsiz hücum qurur.
73-cü dəq. Qolun müəllifi Peraltanı Xavyer Ernandes əvəzləyir.
76-cı dəq. Kamerunlu Nunkeu Fabiana qarşı qaydanı pozur və sarı vərəqə ilə cəzalanır.
79-cu dəq. Kamerun millisində dəyişiklik. Aleks Sonqu Pyer Vebo əvəzləyir.
80-ci dəq. Eto O-nun zərbəsi effektli alınmır.
82-ci dəq. Ernandesin ötürməsində Fabian hesabı artırmağa yaxın olur.
86-cı dəq. Qapıçı İtanjdenin ötürməsindən sonra Kamerun təhlükəli hücum qurur.
90-cı dəq. Errera yerdə qalır. Matçda qısa fasilə.
90+1-c dəq. Mukanconun baş zərbəsini Oçoa dəf edir.
90+2-ci dəq. Meksika millisində sonuncu dəyişiklik. Erreranı Karlos Salsido əvəzləyir.
Matç başa çatdı. Meksika 1:0 hesabı ilə qalib gələrək ilk oyunda 3 xalını qazanır.
Oyunun statistikası
Topa nəzarət: Meksika 62 % - Kamerun 38 %
Qayda pozuntusu: Meksika: 11 – Kamerun:12
Zərbə: Meksika: 9 – Kamerun: 13
Ofsayd: Meksika: 5 - Kamerun: 3
Künc zərbəsi: Meksika: 2 - Kamerun: 5
Sarı vərəqələr: Meksika: 1 - Kamerun: 1
Qırmızı vərəqə: Meksika: 0 - Kamerun: 0