
Qol: Armero, 5. Qutyerres, 58. Rodriqes, 90+3
"Estadio Mineyrao"
Matçöncəsi
önəmli məqamlar
- Yunanıstan DÇ-lərdə son oynadığı 6 qarşılaşmanın 5-də məğlub olub.
-% 83.3 məğlubiyyət nisbəti ilə Yunanıstan DÇ tarixindəki ən pis ikinci göstəriciyə sahibdir. Bu sahədə ən uğursuz komanda isə 100%-lik məğlubiyyət nisbətiylə El Salvadordu.
- Fernando Santosun Yunanıstana baş məşqçi kimi gəlməsi ilə komanda oynadığı 26 rəsmi matçın 17-də qalib gəlib. 6 matçda bərabərə qalan yunanlar 3 oyunda məğlub olub.
- Kolumbiya DÇ-2014 seçmələrində oynadığı matçlarda rəqib qapılarına 99 zərbə endirib. Bu sahədə Kolumbiyanı keçən komanda yoxdu.
- DÇ-2014 seçmələrində Yunanıstan 8 matçda qapısını toxunulmaz saxlayıb. Bu Avropa komandaları içərisində ən yaxşı göstəricidi.
- İki komanda daha əvvəl cəmi bir dəfə qarşılaşıb. ABŞ-dakı DÇ-1994 öncəsi yoldaşlıq oyununda Amerika təmsilçisi Kolumbiya 2:0 qalib gəlmişdi.
Start heyətlər açıqlandı
Kolumbiya: 1. Ospina, . 2. Zapata, 3. Yepes (k), 6. Sançez, 7. Armero, 8. Aqiler, 9. Gutyerrez, 10. Rodriqez, 11. Kuadrado, 14. İbarbo, 18. Zuniqa.
Yunanıstan: 1. Karnezis, 2. Maniatis, 4. Manolas, 7. Samaras, 8. Kone, 14. Salpinqidis, 15. Torosidis, 17. Gekas, 19. Papostopulos, 20. Kolevas, 21. Katsuranis (k).
Matç başladı
3-cü dəq. Kolumbiya açıq oyunla yunanların müdafiəsini yarmağa çalışır.
5-ci dəq. Yunanıstan Maniatislə təhlükəli hücum qurur. Lakin nəticəsiz qlır.
5-ci dəq. QOOOOOL! Kolumbiya hesabı açdı. Armero fərqləndi. Yunanıstan müdafiəsinin böyük səhvi.
9-cu dəq. Yunanıstan geriyə düşdükdən sonra hücumlarını artırır.
13-cü dəq. Bu dəqiqələrdə Kolumbiya aktivlik nümayiş etdirir.
16-cı dəq. İbarbo Kolumbiya adına rəqibin cərimə meydançasında təhlükəli vəziyyət yaradır.
20-ci dəq. Qarşılıqlı top itkiləri.
24-cü dəq. Yunanıstan daha bir nəticəsiz hücumla yadda qalır.
25-ci dəq. İbarbonun sol cinahdan sürətlə Yunanıstanın cərimə meydançasına daxil olur. Lakin futbolçunun qarşısı alınır.
26-cı dəq. Matçda ilk sarı vərəqə. Kolumbiyalı Karlos Sançes cəzalandırılır.
31-ci dəq. Samarasın zərbəsini qapıçı zərərsizləşdirir.
33-cü dəq. Aqiların zərbəsi qapıdan aralı keçir.
37-ci dəq. Cərimə meydançasına göndərilən asmadan sonra Ceyms Rodriqes dəqiq oynamır.
41-ci dəq. Kolumbiya sağ cinahdan təhlükəli hücum qurur. Topa zərbə endirən tapılmır.
44-cü dəq. Kuadrado yaxın məsafədən dəqiq zərbə vura bilmir.
45-ci dəq. Yunanıstan hesabı bərabərləşdirməyə yaxın olur. Konenin effektiv zərbəsini Ospina eyni gözəllikdə dəf edir.
45+1-ci dəq. Hakim birinci hissəni bitirir
Fasilə
Birinci hissənin statistikası
Kolumbiya Yunanıstan
41% Topa nəzarət 59%
2 Küncdən zərbə 3
1 Of-sayd 2
5 Qayda pozuntusu 10
1 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başladı
47-ci dəq. Samaras cərimə meydançasında yerdə qalır. Hakim davam işarəsi verir.
49-cu dəq. Salpinqidisin zərbəsi qapıçıda qalır.
50-ci dəq. Rodriqesin güclü zərbəsindən sonra Krnezis səhvsiz oynayır.
52-ci dəq. Papostopulos kobudluğa görə, sarı vərəqə alır.
55-ci dəq. Salpinqidis sarı vərəqə alır.
57-ci dəq. Oyunda ilk dəyişiklik. Az öncə sarı vərəqə alan Salpinqidis yerini Fetfatzidisə verir.
58-ci dəq. QOOOOOOL! Qutyerres Kolumbiyanın üstünlüyünü iki topa çatdırır.
59-cu dəq. Torosidisin qapı önünə ötürməsində Samaras topa çata bilmir.
63-cü dəq. Gekasın zərbəsindən sonra top dirəkdən dönür.
64-cü dəq. Gekas Kostas Mitroqlu ilə əvəzlənir.
69-cu dəq. Abel Aqilar oyundan çıxır, Meya meydana çıxır.
70-ci dəq. Mitroqludan təhlükəli zərbə. Yepesə dəyən top istiqamətini dəyişir.
71-ci dəq. Bu dəqiqələrdə Yunanıstan oyunu rəqib yarımmeydanına daşıyır.
74-cü dəq. Kolumbiyada Armero Ariasla əvəzlənir.
76-cı dəq. Kolumbiyada sonuncu əvəzlənmə. Qutyerres oyundan, Cekson Martines isə meydana çıxır.
78-ci dəq. Yunanıstanda Koneni Karaqunis əvəzləyir.
82-ci dəq. Oyunun tempi tamamilə düşüb. Qayda pozuntuları nəticəsində oyunun tez-tez dayanması futbolçuları da ruhdan salıb.
85-ci dəq. Samarasın zərbəsində Yunanıstan fərqi azaltmağa yaxın olur.
89-cu dəq. Sağ cinahda Kuadrado topu əlverişli epizodda qapı önünə ötürə bilmədi.
90+3-cü dəq. QOOOOOOL! Ceyms Rodriqes Kolumbiyanın böyükhesablı qələbəsini rəsmiləşdirir.
90+3-cü dəq. Oyun bitdi.
Oyunun statistikası
Kolumbiya Yunanıstan
46% Topa nəzarət 54%
4 Küncdən zərbə 4
1 Of-sayd 3
5 Qayda pozuntusu 10
1 Sarı vərəqə 2
19 Qırmızı vərəqə 14
Matçın oyunçusu: Ceyms Rodriqes (Kolumbiya)