
15 iyun
21:00 E qrupu. İsveçrə - Ekvador 2:1
Qollar: Mehmedi, 48, Seferoviç, 90+3. - E.Valensiya, 22.
Baş hakim: Rövşən İrmatov (Özbəkistan)Brazilia, "Estadio Nasyonal"
Start heyətlər
İsveçrə: 1. Dieqo Benaqlio, 2. Stefan Lixtşteyner, 5. Stiv von Bergen, 8. Gökhan İnler (k), 10. Qranit Xaka, 11. Valon Behrami, 13. Rikardo Rodriqes, 14. Valentik Stokker, 19. Yosip Drmiç, 20. Djourou, 23. Xerdan Şaqiri.
Ekvador: 22. Aleksandr Dominqez, 22. Yorge Quaqua, 3. Frikson Erazo, 4. Juan Paredes, 6. Kristian Noboa, 7. Cefferson Montero, 10. Ualter Ayovi, 11. Felipe Kaysedo, 13. Enner Valensiya, 16. Antonio Valensiya (k), 23. Karlos Qruezo.
Maraqlı məqamlar
- İsveçrə dünya
çemponatlarındakı sonuncu ən böyük uğurunu 1954-cü ildəki mundialda 14 final oynamaqla yaşayıb.
- İsveçrə DÇ-2006-da mundiallar tarixində qol buraxmadan turnirdən kənarlaşan ilk milli komanda olub.
- Ekvador və
İsveçrə daha əvvəl heç vaxt qarşılaşmayıb.
Matç başladı
1-ci dəq. İlk künc zərbəsi. Antonio Valensiyanın ötürməsini müdafiəçilər uzaqlaşdırır.
4-cü dəq. DÇ-2014-də indiyə kimi baş tutmuş oyunlarda tribunalarda ən çox boş yer bu oyundadı.
10-cu dəq. Lixtşteynerin sağ cinahdan qapı qarşısına ötürməsi uğursuz alınır.
12-ci dəq. Drmiş sol cinahdan Ekvadorun cəimə meydançasına daxil olur. Lakin zərbə anında topu itirir.
16-cı dəq. Oyunda ilk təhlükəli zərbə Şaqiridən gəlir. Onun zərbəsi Dominqezdə qalır.
18-ci dəq. Ekvadorun sürətli hücumu. Valensiyanın zərbəsi müdafiəçilərə dəyir.
20-ci dəq. Rodriqezin zərbəsini Ekvadorun qapıçısı Dominqez zərərsizləşdirir.
22-ci dəq. QOOOOOOOL! Enner Valensiya baş zərbəsi ilə Ekvadoru önə keçirir.
25-ci dəq. İsveçrə topa sahib olmada 54% - 46% nisbətində üstündür.
33-cü dəq. Yenə də Lixtşteynerin sağ cinahdan qapı qarşısına ötürməsinin qarşısını alırlar.
34-cü dəq. Behrami künc zərbəsindən sonra başla zərbə vurur. Lakin istənilən kimi alınmır.
35-ci dəq. Şaqirinin zərbəsi zamanı top cərimə meydançasında müdafiəçiyə dəyir. Avropalılar əllə oyun olduğuna etiraz edirlər.
40-cı dəq. Ekvadorun qapısı qarşısında növbəti təhlükəli vəziyyət. Rodriqezin asmasında Dominqez səhvə yol verir.
45-ci dəq. Montero İsveçrənin cərimə meydançasında yerə yıxılır. Hakim davam işarəsi verir.
45+1-ci dəq. Birinci hissə başa çatdı.
Fasilə
Birinci hissənin statistikası
İsveçrə Ekvador
60% Topa nəzarət 40%
7 Küncdən zərbə 3
0 Of-sayd 2
4 Qayda pozuntusu 10
0 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başladı.
46-cı dəq. İsveçrənin heyətində Valentin Stoqerin əvəzinə Admir Mehmedi meydana daxil olur.
48-ci dəq. QOOOOOOL! Az öncə meydana çıxan Mehmedi künc zərbəsi zamanı müdafiənin kobud səhvindən istifadə edir.
53-cü dəq. Ekvadorlu Xuan Paredes sarı vərəqə ilə cəzalandırılır.
55-ci dəq. Şaqirinin ötürməsindən sonra Mehmedi istədiyi kimi vura bilmir.
60-cı dəq. E.Valensiyanın zərbəsi təhlükəli alınır.
66-cı dəq. Monteronun sərt zərbəsini Benaqlio çətinliklə çıxarır.
69-cu dəq. Drmiçin qolu of-sayd səbəbi ilə qeydə alınmır.
73-cü dəq. Şaqiri yaxın məsafədən topu düzgün vura bilmir.
74-cü dəq. İsveçrə müdafiəsində anlaşılmazlıq. E. Valensiya hesabı dəyişməyə yaxın olur.
75-ci dəq. İsveçrədə dəyişiklik. Seferoviç Drmiçi əvəz edir.
76-cı dəq. Ekvadorun heyətində Montero meydanı tərk edir. Onun əvəzinə Joao Rohas oyuna daxil olur.
84-cü dəq. Djuru İsveçrədə növbəti sarı vərəqə alan futbolçu olur.
86-cı dəq. Arroyonun cərimə zərbəsi təhlükəli alınır.
90-cı dəq. Hakim əsas vaxta 3 dəqiqə əlavə edir.
90+3-cü dəq. QOOOOOL!
Daha bir meydana sonradan daxil olan futbolçu qol vurur. Seferoviç İsveçrəyə qələbə qazandırır.
90+3-cü dəq. Hakim final fitini səsləndirir.
Oyunun statistikası
İsveçrə Ekvador
56% Topa nəzarət 44%
8 Küncdən zərbə 5
1 Of-sayd 4
9 Qayda pozuntusu 15
1 Sarı vərəqə 1
0 Qırmızı vərəqə 0