
Azərbaycanın idman gimnasikası üzrə kişilərdən ibarət komandası "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazanıb. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, Petro Paxnyuk, Oleq Stepko və Eldar Səfərovdan ibarət trio 6 hərəkətin cəmində 174,195 xal toplayıb.
Bu nəticə ilə təşkilatçı ölkə komandası 26 iştirakçı arasında 3-cü olub. Rusiya 178,963 xalla qızıl, Ukrayna 177,429 xalla gümüş medala sahib olub.