
"Qəbələ"nin Tiflisdə Gürcüstan "Dinamo"su ilə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu bir çox tanınmış sima izləyir. Sportnet.az-ın oyuna ezam olunmuş əməkdaşının məlumatına görə, matça Gürcüstan Futbol Federasiyasının rəhbərliyi ilə yanaşı, qonşu ölkə yığmasının baş məşqçisi Baçana Tsxadadze də tamaşa edir.
Bakı "İnter"inin sabiq baş məşqçisi daha öncə "Simurq"da çalışmış, hazırda isə yığmada köməkçi-məşqçi olan Georgi Çixradze ilə birgə baxır.
Azərbaycan tərəfdən isə "SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov və Mətbuat Şurasının sədri Əflatun Amaşov da fəxri tribunadadır.