
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Gürcüstan "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının ilkin təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
- Bugünkü oyun heç xoşuma gəılmədi. Xüsusən ilk hissə. Amma növbəti oyundan mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Növbəti mərhələ şansımız var. Amma neçə faiz olduğunu deyə bilməyəcəyəm.
- Biz müdafiənin mərkəzində səhvlərin yenə təkrarlandığının şahidi olduq. Bu barədə nə düşünürsünüz?
- Ötən mövsümün ikinci yarısında 20-dək oyun keçirmişdik. Amma belə səhvlər buraxmamışdıq. Belə səhvləri izah etmək mümkün deyil. Müdafiəçi irəli çıxır, amma onu digər müdafiəçi sığortalamır. Belə səhvlər ağlasığmazdır.
- Belə çıxmırmı ki, Ruslan Abışovun yoxluğunu doldura bilməmisiniz?
- Biz azlıqda qalan komandaya uduzduq. Amma fərdi səhvlərlə yenilmişik. Fərdi səhv isə rəqibin azlıqda və ya tam heyətlə olmasından asılı deyil. Rəqibin azlıqda olmasına baxmayaraq, qol vura bilməməyimizdən narazıyıq. Abışov sevdiyim futbolçudur. Lakin indi başqa komandadadır. Onun barədə danışmağım düzgün olmaz. Çox kobud səhvlər buraxdıq. Mərkəz müdafiəçilərimizin yaxşı oyununun şahidi olacaqsınız.
- Bəs səhvlərlə bağlı hansı tədbir görəcəksiniz?
- Biz kobud səhv buraxan müdafiəçini əsas heyətdən uzaqlaşdırmırıq. Meydana bu gün daha hazırlıqlı olan oyunçuları buraxırıq.
- Avqustun 11-də keçiriləcək UEFA Super Kuboku matçına gələcəksiniz?
- Həmin vaxt avrokubok matçına köklənməyi düşünürük. Çox gərgin olacağıq. Oyunçularım 100 faiz hazırlıqlı olmalıdırlar. Onları arxayınlaşdırmaq istəmirəm. Bu gün ağ kağızdan oynadıq. Yaxşı fiziki hazırlıqdan hələ uzaqdayıq.