1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gürcüstan millisinin məşqçisi "İnter"də!
Avroliqanın ilkin təsnifat mərhələsinin "Laçi" ilə oyununa hazırlaşan "İnter"in düşərgəsinə daha bir serbiyalı məşqçi qoşulub. Sportnet.az-ın məlumatına görə, bu, komandanın sabiq məşqçisi Miloş Yevtiçdir.
Serbiyalı mütəxəssis hazırda Gürcüstan millisində Kaxaber Tsxadadzenin köməkçisi işləsə də, ailəsi ilə Azərbaycanda yaşayır. Bu üzdən Yevtiç "İnter"ə müvəqqəti kömək edir.
Qeyd edək ki, "İnter"də rəsmi şəkildə işləyən 2 serbiyalı məşqçi var. Bunlardan biri İvan Yovanovskidir. O, zədəlilərin və yeni gəlmiş futbolçuların məşq prosesi ilə daha çox məşğul olur. 2-ci serb isə "Simurq"dan gəlmiş Aleksandar Karakliçdir. Miloş Yevtiç isə ötən mövsüm Azərbaycan Premyer Liqasında XXIII turunun AZAL - "İnter" matçından sonra kütləvi davada oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalanıb.